11 noyabr 2017-ci il tarixində Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.
Strateq.az FHN-ə istinadən xəbər verir ki, digər şəxsin cəsədinin axtarıçı davam edir: "Axtarış işləri barədə əlavə məlumat veriləcək".