XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2017 - 22:12

Tramp Obamanı təhqir edən prezidentlə görüşdü –FOTO

ASEAN sammitindən dolayı Filippində səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin dövlət başçısı Rodriqe Duterte ilə görüş keçirib.

Sammitin keçirildiyi binada həmkarını qarşılayan Duterte onunla əl sıxışıb. Qısa və səmimi söhbətdən sonra xatirə fotosu çəkilib.

Qeyd edək ki, Duterte ABŞ-ın eks prezidenti Barak Obamanı təhqir edərək gündəmə gəlmişdi. Onun Obamanı söyməsindən sonra Filippin-ABŞ arasında müəyyən gərginlik yaranmışdı.

Filippin lideri R.Duterte ölkəsində öz siyasi dəsti-xətti ilə seçilir/Axar.az.