XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 23:32

Suriya hökuməti BMT-yə məktub göndərdi:"ABŞ liderliyindəki beynəlxalq koalisiyanın qarşısını alın"

Suriya hökuməti BMT Təhlükəsizlik Şurasına məktub göndərərək, ABŞ liderliyindəki beynəlxalq koalisiyanın cinayətlərinin qarşısının alınması üçün tədbir görülməsini istəyib.

Məktubda koalisiyanın Suriya xalqına qarşı həyata keçirilən qorxunc cinayətlərinin təxirəsalınmaz şəkildə dayandırılmasının zəruri olduğu qeyd edilib.

“Suriya hökuməti mülki əhaliyə qarşı təşkil olunan qırğını şiddətlə qınayır”, – məktubda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl koalisiyanın Deyr əz-Zoru vurması nəticəsində 10 mülki şəxs həlak olmuşdu/Axar.az.