XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2017 - 19:48

Putin Ərdoğanla görüşdə bəyan etdi:“Moskva ilə Ankaranın münasibətləri tam bərpa olundu”

“Moskva və Ankaranın münasibətlərinin praktik olaraq tam  bərpa olunduğunu hesab etmək olar”.

Strateq.az RİA – Novosti-yə istinadən bildirir ki, bu barədə prezident Putin həmkarı Ərdoğanla Soçidə görüşü zamanı bəyan edib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində əmtəə mübadiləsi 2016-cı ilə nisbətən 3 dəfə artıb. Prezident əlavə edib ki, Türkiyə ilə bütün istiqamətlər, o cümlədən Suriya böhranının tənzimlənməsi  üzrə iş aparılır.  O, səfərə görə Ərdoğana təşəkkür edib: “Doğrudan da qeyd etdiyniz kimi, biz sizin lap yaxınlığınızadıyq. Cəmi bir saatdan çox uçuş vaxtı var”.

Ərdoğan öz nöbəsində diqqəti ikitərəfli əməkdaşlığa və regional məsələlərə yönəldib.  O deyib ki, Moskva ilə Ankaranın siyasi-hərbi-ticarət sahəsində olan münasibətləri hər gün daha çox inkişaf edir.   

Dar çərçivədəki görüşdən sonra geniş iclas planlaşdırılır. Bundan sonra hər iki prezident KİV üçün bəyanatla çıxış edəcəklər.

Strateq.az