XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Noyabr 2017 - 10:09

2018 Dünya çempionatı: İsveç milliləri İtaliya yığmasının qarşısını kəsdi –Buffon milliyə "əlvida" dedi

İtaliya yığması 2018 Dünya çempionatında olmayacaq.

Strateq.az xəbər verir ki, ötən gecə İsveç millisini evində qəbul edən 4 qat dünya çempionu İtaliya rəqibi ilə qolsuz heç-heçə (0:0) edərək, dünya futbol yarışından kənarda qaıb. 

Belə ki, Stokholmdakı ilk qarşılaşmada 1:0 uduzduğundan, İtaliyadakı cavab qarşılaşmasındakı 0-0-lıq bərabərlik İsveç millilərinə Rusiyada baş tutacaq mindiala vəsiqə qazandırıb.

Yeri gəlmişkən, son 60 ildə İtaliya millisi bütün dünya çempionatlarında iştirak edib… 

Onu da qeyd edək ki, oyundan sonra İtaliya millisinin 39 yaşlı qapıçısı Canluici Buffon 124 dəfə formasını geyindiyi yığma komandanı tərk etdiyini açıqlayıb.