XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2017 - 15:39

Elmar Məmmədyarov Sudanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi –FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdullanı qəbul edib.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, görüş zamanı səfir Abbas Mustafa Əhməd Abdulla etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov səfiri Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Abbas Mustafa Əhməd Abdulla diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.