Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Strateq.az Müdafiə Naziriyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Özbəkistanın Müdafiə nazirinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.