Daşkəsən rayonunda keçmiş maliyyə işçisi dərəyə yıxılaraq ağır xəsarət alıb.
Rayon sakini Nürəddin Məmmədov ağır kəllə-beyin travması alıb. Huşunu itirən şəxs yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Onun hazırda komada olduğu bildirilir.
Məlumata görə, N.Məmmədov əvvəllər Daşkəsən rayon Maliyyə İdarəsinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır/Report.