XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 17:42

İlk sosial mənzillər nə vaxt istifadəyə veriləcək? –Rəsmi açıqlama

"2018-ci ilin yayında sakinlər ilk sosial mənzillərinə köçəcəklər".

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bu gün keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bir neçə aya mənzillərin satışı ilə bağlı elan veriləcək: "Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşın imzalayacağı müqavilə formasını hazırlayıb. Artıq yeni forma razılaşdırılması üçün Azərbaycan Dövlət İpoteka Fonduna göndərilib. 29 binadan ibarət yaşayış kompleksində mənzillərin sayı 1843-dür. Bir otaqlı mənzillərin sayı 324, iki otaqlı mənzillərin sayı 1052, üç otaqlı mənzillərin sayı 467 olacaq".

Lent.az