XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 20:16

Özbəkistan müdafiə naziri Azərbaycanda hərbi hissədə oldu –Açıqlama + FOTOLAR

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizov noyabrın 16-da hərbi hissəni ziyarət ediblər.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  müdafiə nazirlərinə hərbi hissə haqqında ətraflı brifinq təqdim edilib, şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.

Əsgər yeməkxanası, yataqxanalar, inzibati və xidməti otaqları ziyarət edildikdən sonra qonaqlara hərbi hissənin silahlanmasında olan hərbi texnika, silahlar və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.