XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 20:28

İranın Naxçıvandakı Baş konsulluğunda zəlzələ qurbanlarının xatirəsinə anım dəftəri açıldı –FOTO

İranın Naxçıvandakı Baş konsulluğunda ölkənin qərb bölgəsində baş vermiş zəlzələdə həlak olanların xatirəsinə anım dəftəri açılıb.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, Naxçıvan MR Ali Məclisi Sədrinin Birinci müavini Azər Zeynalov Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və XİN-in Naxçıvan MR-dəki İdarəsinin vəzifəli şəxsləri ilə birlikdə Baş konsulluğa gələrək İran dövlətinə və xalqına başsağlığı verib. Ziyarətçilər Naxçıvan hökuməti və əhalisinin İran dövləti və əhalisinin dərdinə şərik olduqlarını vurğulayıb və yaralılara şəfa diləyib.

İranın Naxçıvandakı Baş konsulu Mansour Airom onlara təşəkkürünü bildirərək baş vermiş faciələr zamanı hər iki ölkənin məsul şəxslərinin və xalqın bir-birlərinin dərdlərinə şərik olduğunu diqqətə çatdırıb.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun müavini Aytac Öztürk başçılıq etdiyi heyət də Baş Konsulluğa gələrək, Türkiyə dövləti və millətinin başsağlığını çatdırıb.

Zəlzələdə həlak olanların xatirəsinə ehtiram olaraq Baş konsulluqda dövlət bayrağı yarıya endirilib.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda 500-ə yaxın insan ölüb.