XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2017 - 12:19

Ərdoğan Soçidə Putinlə müzakirə edəcəyi məsələni açıqladı:“Bu, bütün tərəflərin marağındadır"

“Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündə danışıqların əsas mövzusu Suriya böhranının nizamlanması olacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, o cümlədən tərəflər Suriyanın İdlib və Afrin şəhərlərindəki vəziyyəti müzakirə edəcəklər: "Suriya münaqişəsinin nizamlanması bütün tərəflərin marağındadır".

Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran dövlət başçıları danışıqlar aparacaq. Xatırladaq ki, R.T.Ərdoğan noyabrın 13-də Soçidə RF Prezidenti ilə görüşüb. (Trend)