XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 10:20

“WhatsApp” messencerində yenilik- Səs funksiyası sınaqdan keçirilir

“WhatsApp” messencerinin yaradıcıları “push-to-talk” səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan funksiyada ciddi dəyişiklik edilməyib.

Azərtac xəbər verir ki, hazırda servis həmin funksiya üzərində işləyir. Məlumata görə, indi səsli mesaj yazmağa başlayan kimi “WhatsApp” mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys görünəcək. İstifadəçi təxminən yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq. Həmçinin birbaşa səsyazma zamanı əvvəlki mesajlara baxmaq imkanı olacaq.

Lakin yeni rejimdə məhdudiyyətlər də nəzərdə tutulur. Fasiləsiz səsyazma rejimində şəkillərə baxmaq və ya videolar izləmək, bundan başqa, səsyazma zamanı mesaj çap etmək və başqa çatlara keçmək mümkün olmayacaq. Əks halda səs yazısı avtomatik silinəcək.