XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 10:58

Qumbara və tank əleyhinə raket tapıldı- Cocuq Mərcanlıda

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) noyabrın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan bildiriblər ki, gün ərzində Cocuq Mərcanlı kəndində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 12500 kvadratmetr (1.25 ha) ərazi tam təmizlənib, 6000 kvadratmetr (0.6 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.