XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 19:22

Bu il Azərbaycana 9,3 milyon dollarlıqavtobus gətirilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 138 ədəd avtobus idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu sayda avtobusların ümumi dəyəri 9 281,2 min ABŞ dolları təşkil edib.

Bu ilin 9 ayında ölkəyə idxal olunan avtobusların sayı ötən ilin müvafiq dövründən 2,3 dəfə, dəyəri isə 2,4 dəfə artıq olub.