XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Noyabr 2017 - 22:21

IDC:"2018-ci ildə informasiya texnologiyaları bazarının həcmi bir trilyon dolları ötəcək"

2017-ci ilin birinci yarısında qlobal informasiya texnologiyaları bazarının və biznes xidmətlərinin həcmi 4 faiz yüksəlib.

Azərtac xəbər verir ki, “IDC” analitik şirkətinin məlumatına görə, bu ilin birinci yarısında informasiya texnologiyaları xidmətləri və biznes xidmətləri bazarında gəlir 475 milyard dolları ötüb. Bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur və ekspertlərin proqnozuna görə, 2018-ci ildə onun həcmi 1 trilyon dolları ötəcək.

ABŞ coğrafi nöqteyi-nəzərdən informasiya texnologiyaları xidmətləri və biznes xidmətləri üzrə ən böyük bazardır. Cari ilin birinci yarısında ABŞ-da bu sahə üzrə gəlir 216,7 milyard dollar təşkil edib. Həmçinin ilk üçlükdə Qərbi Avropa və Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla) yer alıb. Dinamiklik baxımından ən yaxşı nəticə Yaponiya, Mərkəzi və Şərqi Avropa və ABŞ-da qeydə alınıb.

“IDC” şirkətinin analitiki Layz Naqamayn bildirib ki, informasiya texnologiyaları xidmətləri bazarında sabit artım rəqəmli həllərə tələbatın yüksək olması ilə izah edilir. Mütəxəssis, həmçinin hesab edir ki, cari ildə bulud xidmətlərindən əldə edilən gəlir 100 milyard dollardan çox olacaq.