XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2017 - 11:53

Cocuq Mərcanlıda təmizləmə əməliyyatı- ANAMA operativ məlumat yaydı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) noyabrın 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan bildiriblər ki, gün ərzində Cocuq Mərcanlı kəndində 8 500 kvadratmetr (0.85 ha) ərazi tam təmizlənib, 7 500 kvadratmetr (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Bu ərazilərdə mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

İki gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) 1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilib, 21 000 kvadratmetr (2.10 ha) ərazi tam təmizlənib, 13 500 kvadratmetr (1.35 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.