XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 12:25

Lavrov ABŞ və Rusiyanın eyni mövqedə olduğunu bəyan etdi –Qarabağın həlli ilə bağlı

“ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.

 O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir: “Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”.