XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Noyabr 2017 - 17:15

Lavrov iki uşağı xilas etmiş  Salam Nağıyevin medalını atasına təqdim edib –FOTO

2013-cü ildə Moskva vilayətində çayda iki azyaşlını xilas edərkən suda boğulmuş Nağıyev Salam Həmdulla oğlu Rusiya Fövqəladə Hallar Nazirliyinin medalına (ölümdən sonra) layiq görülüb.

Medalı S. Nağıyevin atasına Rusiya xarici işlər naziri Sergey Lavrov təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyində baş tutan mərasimdə S.Lavrov deyib: “Biz sizin övladınızı heç vaxt unutmayacağıq. O, öz həyatı hesabına bu uşaqları xilas etdi. Bu, bizim əlaqələrimizin dərinliyinin göstəricisidir. Mənim başsağlığımı həyat yoldaşınıza da çatdırın”. (Virtualaz.org)

Xatırladaq ki, 21 yaşlı Salam Nağıyev Lyubertsı rayonunda Pexorki çayının yaxınlığında gəzərkən çayda yardım istəyən üç qız uşağı görüb. Bir an belə düşünmədən onları xilas etmək üçün özünü çaya atan Salam onları xilas etsə də, özü çaydan sağ çıxa bilməyib.

Qeyd edək ki, S.Nağıyev 2013-cü ildə Rusiyaya atasını görmək üçün gedibmiş.