Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.
Strateq.az TRT-yə istinadən xəbər verir ki, səsvermə ilə hakim AKP-nin dəstəklədiyi hazırkı TBMM sədri İsmayıl Kahraman yenidən öz postunda qalıb.
Qeyd edək ki, İsmayıl Kahraman CHP üzvü Zekeriya Temizel, MHP üzvü Celal Aydın, HDP-dən Səlma İrmak və yeni yaradılan İYİ Partiyasının üzvü Yusuf Halaçoğlu ilə yarışıb.
İsmayıl Kahraman 3-cü turda 289 deputatın səsini qazanaraq, yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.