XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 21:36

Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb –ANAMA-dan əməliyyat

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, kənd ərazisində gün ərzində 22 500 kv.m (2.25 ha) ərazi tam təmizlənib, 3 400 kv.m (0.34 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 25 900 kv.m (2.59 ha)), 1 ədəd partlamamış hərbi sursat (UZRQM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 45 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 5 gün ərzində 3 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 75 500 kv.m (7.55 ha) ərazi tam təmizlənib, 24 900 kv.m (2.49 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 100 400 kv.m (10.04 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.