XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 05:08

Fələstinin başçısı Moskvada rəsmi səfərdədir

Putin: “İsrail-Fələstin danışıqlarına hər cür yardım etməyə hazırıq”

Rusiya prezidenti Vladimir Putin işgüzar görüş üçün Moskvaya gəlmiş Fələstin başçısı Mahmud Abbasla bu gün danışıqlar aparacaq.

Strateq.az Rusiya KİV-ə isnadən bildirir ki, danışıqların gedişində Rusiya-Fələstin münasibətlərinin əsas məqamları və ticari-iqtisadi, humanitar əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Dövlət başçıları Yaxın Şərq və Quzey Afrikadakı duruma xüsusi diqqət ayıracaqlar.

Mahmud Abbasın baş nazir Dmitri Medvedyevlə də görüşü gözlənilir.

Xatırladaq ki, Putin əvvəllər İsrail-Fələstin danışıqlarına hər cür yardım etməyə hazır olduğunu bildirib.