XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2017 - 10:29

Zakir Həsənov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib –FOTO

Noyabrın 23-də müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayat ilə görüşüb.

Strateq.az bildirir ki, məlumatı  Azərbaycan Müdafiə Nazirliyi yayıb. Z.Həsənov Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Nazir münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinə görə Pakistana təşəkkür edib. Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Xatırladaq ki, Z.Mahmud Hayat və başçılıq etdiyi nümayəndə heyəti noyabrın 22-dən Azərbaycanda rəsmi səfərdədir.