XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 11:15

Səfir:""Şərq Tərəfdaşlığı" sammitində gələcək tərəfdaşlıq üçün yeni məqsədlər müəyyənləşdiriləcək"

"Bu gün Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti başlayır. Sammit çərçivəsində Avropa İttifaqına üzv dövlətlər və 6 tərəfdaş ölkə son iki ildə baş verənləri müzakirə edəcək".
 

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
 
O bildirib ki, hazırda hansı problemlərin mövcud olduğu sammitdə müzakirə ediləcək, eləcə də gələcək tərəfdaşlıq üçün yeni məqsədlər müəyyənləşdiriləcək.
 
Azərbaycan və Aİ arasında hərtərəfli sazişlə bağlı danışıqların davam etdirildiyini qeyd edən səfir bildirib ki, sammitdən sonra da yeni sazişlə bağlı danışıqlar davam etdiriləcək.
 
Diplomat əlavə edib ki, Azərbaycan və Aİ arasında yeni sahədə əməkdaşlıq başlayacaq və bu, əlaqələri daha da gücləndirərək, hər iki tərəf üçün faydalı olacaq.