XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 13:36

Bu il baş verən zəlzələlərin statistikası- Ən güclü zəlzələ harda olub?

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 5729 zəlzələ baş verib.

Bu barədə özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu ilin əvvəlindən indiyədək olan dövr ərzində Azərbaycan daxilində 3642 yeraltı təkan qeydə alınıb. Onların 25-i hiss olunub.

Bu il ən güclü zəlzələ noyabrın 15-də 5,7 maqnituda ilə Ağdam rayonunda baş verib.

Qeyd edək ki, noyabrın 15-də gecə saat 23:48 radələrində Azərbaycanda zəlzələ olub. Zəlzələ əsasən Ağdam, Bərdə, Tərtər və Mingəçevirdə daha çox hiss olunub. Yeraltı təkanlar Ağdamda 6, Tərtər və Bərdədə isə 5-5,7 bal gücündə hiss edilib.