XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2017 - 14:17

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri nümayəndələri arasındaqərargah danışıqları keçirilib

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.