XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 15:00

Ramiz Mehdiyev və Nikolay Patruşev təhlükəsizlik sahəsinə dair əməkdaşlıq planını imzaladı –Azərbaycanla Rusiya arasında

Moskvada Rusiya və Azərbaycan Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçirilib.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Nikolay Patruşevlə Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair məsələləri müzakirə ediblər.

Təhlükəsizlik Şurası katibləri daim informasiya mübadiləsi, iki ölkənin təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları ekspertləri səviyyəsində məsləhətləşmələri nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar.