XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 18:33

Azərbaycan prezidenti misirli həmkarına başsağlığı verdi:“Xəbər bizi olduqca kədərləndirdi”

Azərbaycan prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

 Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ər-Rauda məscidinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.