XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 21:45

Azərbaycan Premyer LiqasındaXIII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

"Report"un məlumatına görə, turun açılış oyunu Gəncə şəhər stadionunda "Kəpəz" və "Qəbələ" komandaları arasında keçirilib. Oyun qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:1. Meydan sahiblərinin yeganə topunu əvvəlki baş məşqçi Şahin Diniyevin oğlu Kərim Diniyev penaltidən vurub. "Qəbələ"dən isə Baqali Dabo və Famussa Kone "dubl" edib, daha 2 qolun müəllifi isə Stiven Jozef-Monroz və Ruslan Qurbanov vurub.

Bununla da "Kəpəz" yeni baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında debüt matçında ağır məğlubiyyət alıb. Halbuki, Gəncə komandası mövsümdə ilk qələbəsini məhz birinci dövrədə səfərdə "Qəbələ" üzərində qazanmışdı – 2:0. Roman Qriqorçukun baş məşqçi olduğu komanda 3 oyundan sonra "Kəpəz"i yenməyə müvəffəq olub. Bu, mövsümün ən böyük hesablı qələbəsi olub. Digər tərəfdən, Baqali Dabo 26-cı saniyədə fərqlənərək, ən erkən qol müəllifi olub.

Qeyd edək ki, turun ikinci oyunu "Neftçi” və "Keşlə” arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası

XIII tur

25 noyabr (şənbə)

14:30. "Kəpəz” – "Qəbələ” – 1:6

Qollar: Kərim Diniyev, 56-penalti ilə – Baqali Dabo, 1; 54 Stiven Jozef-Monroz, 14. Famussa Kone, 40; 78. Ruslan Qurbanov, 65

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu