XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 12:30

Rusiya FTX rəhbərinin oğlu Azərbaycanda bankın Müşahidə Şurasının sədri təyin olunub –FOTO

 

“VTB Azerbaycan” bankı Denis Bortnikovun bankın Müşahidə Şurasının sədri təyin edilməsi haqqında məlumat yayıb.

O, həmçinin Bank VTB-nin (Vneştorqbank – Xarici Ticarət Bankı) İctimai Səhmdarlar Cəmiyyətinin idarə heyətinin prezident-sədr müavinidir. Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin şefi Aleksandr Bortnikovun oğludur. “Denis Bortnikov 11 ildir VTB banklar qrupunda işləyir”,- deyə məlumatda bildirilir.

Rusiyanın “Vneştorqbank”ı Azərbaycana 2008-ci ildə ölkə Mərkəzi Bankının razılığı ilə yerli “AF Bank”ın səhmlərinin 51%-ni almaqla qədəm basıb. Bu yaxınlarda VTB “ATA Bank”dan səhmlərin qalan 49%-ni də alaraq, bütün səhmlərin tək sahibinə çevrilib. (Turan)