XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 05:56

Deputat Cavanşir Paşazadə bacısı oğlunun həbsindən DANIŞDI

“General-mayor Şərif Əsədullayev oğlunun törətdiyi hadisədən xəbər tutaraq, dərhal onu polisə gətirərək təhvil verib. Bu, düz hərəkətdir. Buna başqa nəsə əlavə etmək lazım deyil”.

Strateq.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında deputat Cavanşir Paşazadə bacısı oğlu Tamerlan Əsədullayevin törətdiyi olayla əlaqədar həbs olunmasına münasibət bildirərkən deyib.

C.Paşazadə Tamerlan Əsədullayevin törətdiyi hadisənin mətbuatda geniş işıqlandırılmasına belə münasibət bildirib:

“Bacımın oğlu ilə bağlı məsələ mətbuatda necə işıqlandırılıbsa, fakt odur. Mən də o qədər bilirəm, ondan artıq heç nə deyə bilmərəm. Şərif Əsədullayev oğlunu götürüb, özü polis bölməsinə təhvil verib. Əlavə heç nə demək istəmirəm”.

Xatırladaq ki, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə adam bıçaqlamaqda təqsirli bilinən Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Milli Məclisin deputatı Cavanşır Paşazadənin bacısı oğludur.