Misirdə məsciddə törədilən terror aktı ilə əlaqədar Türkiyə hökuməti 27-i noyabrı matəm günü elan edib.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, sabah ölkə ərazisində və xaricdəki diplomatik nümayəndəliklərdə Türkiyə bayraqları yarıya qədər endiriləcək. Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb. Ölkədə üç günlük matəm elan edilib.