XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2017 - 12:52

Azərbaycan ordusu artilleriya üzrə estafet yarışları keçirib –FOTOLAR

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.

Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər.

Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.