XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 06:11

Rusiya şəxsi yazışmaları nəzarətə götürdü

Tədbir antiterror zərfi çərçivəsində gerçəkləşdirilir

Rusiya rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar üzrə Federal Xidməti “Одноклассники” və “ВКонтакте”, sosial şəbəkə istifadəçiləri, həmçinin elektron poçt və messencerləri (Агент.Mail.ru, ICQ), bloq-platformaları nəzarətə götürmək hüququ əldə edib.

Strateq.az Rusiya mətbuatına isnadən bildirir ki, baş nazir Dmitri Medvedyev bu barədə müvafiq sərəncam imzalayıb.

Qeyd olunur ki, bu tədbirlər Rusiya vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə “antiterror” zərfi çərçivəsində gerçəkləşdirilir. Federal Xidmət bundan sonra vətəndaşların şəxsi yazışma və məlumatlarını, onların ötürülməsi, qəbul edilməsini ciddi nəzarətdə saxlayacaq.

Yazışmaların yoxlanması yalnız əməliyyat-axtarış tədbirləri aparan hüquq-mühafizə orqanlarının sorğusundan sonra həyata keçiriləcək.