XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 09:37

Xətai rayonunda 2 ədəd zenit top mərmisi aşkarlanıb –FHN-dən məlumat

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində 2 ədəd zenit top mərmisinin aşkarlanması barədə məlumat daxil olub.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumatlandırılıb.

XRXX və ANAMA-nın mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər: "Müəyyən olunub ki, mərmilərdən biri təlim-tədris təyinatlıdır, digəri döyüş tətbiqinə yararlıdır. Əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkarlanmayıb. Mərmilər zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb".