XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2017 - 13:28

Bakıda yağış, rayonlarda qar yağacaq –Sabahın hava proqnozu

Bakı və Abşeron yarımadasında noyabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin, axşam isə  yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əəsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə  3-5° isti, gündüz  9-13° isti, Bakıda gecə  3-5° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 769  mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi  rütubət    75-85 % olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 29-dan dekabrın 01-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  0-4° isti, gündüz  9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.