XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 19:05

“BTQ yükdaşımalar sahəsində yeni mərhələyə keçməyə imkan verəcək” –Cavid Qurbanov

“Azərbaycan üçün Bakı-Tbilisi-Qars dəmir yolu prioritet layihələrdən biridir”.

Bunu Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu xətt Mərkəzi Asiya ölkələri və Çini Türkiyə və Avropa ölkələri ilə birləşdirəcək. “Bu dəmir yolu orta hesabla hər il 5 milyon ton yük daşıma gücünə malik olacaq.”

C. Qurbanov qeyd edib ki, yük daşınmaları sahəsinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da işlər davam etdiriləcək/APA.