XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 19:57

Azərbaycan, Ukrayna, İran, Gürcüstan və Polşanın dəmir yolu rəhbərləri görüşəcəklər –Tbilisidə

Ukrayna, İran, Azərbaycan, Gürcüstan və Polşanın dəmir yolu rəhbərləri ölkələrin tranzit potensialının artırılması ilə bağlı müzakirələr aparacaqlar. Bu, Tbilisidə Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə keçiriləcək görüş çərçivəsində mümkün olacaq. 

“Report”un Ukrayna KİV-inə istinadən verdiyi xəbərə görə, İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa nümayəndə heyəti dəmir yolunda tranzit potensialının inkişafı üzrə ilkin tədbirlərin, tarif siyasəti və əlavə yüklərin cəlbi üçün tariflərin müəyyən edilməsi imkanları müzakirə olunacaq.

Qeyd edək ki, Ukrayna, İran, Azərbaycan, Gürcüstan və Polşanın dəmir yolu rəhbərləri 2017-ci il sentyabrın 7-də Odessada Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün koordinasiya komitəsinin yığıncağının protokolunu imzalayıblar.

Nəqliyyat marşrutunun inkişafı layihəsi Hindistandan/Körfəz ölkələrindən İrandan, Azərbaycandan, Ukraynadan, Polşadan keçməklə Avropa İttifaqı ölkələrinə və əksinə, konteyner yükdaşımalarının təşkilini nəzərdə tutur.