XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 09:29

YPG terrorçuları Türkiyə ordusunun sərhəd postuna hücum ediblər –Yaralı var

PKK ilə əlaqəli YPG (Suriyakürdlərinin terrorçu qruplaşması) terrorçuları Türkiyə ordusunun Kilis əyalətindəki sərhəd postunu atəşə tutublar, nəticədə bir hərbçi yaralanıb.

Məlumata görə, atəş YPG terrorçularının nəzarətində olan Suriyanın Türkiyə ilə həmsərhəd Afrin şəhəri istiqamətindən açılıb. Türkiyə ordusunun cavab atəşi açdığı bildirilir.

Qeyd edək ki, ötən gün Türkiyə Təhlükəsizlik Şurası Suriyada müşahidə missiyasını Afrin şəhərinədək genişləndirməyə çağırıb/APA.