XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 17:03

Nazir Şahin Mustafayev Türkiyəyə gedir- Bu tarixdə

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin noyabrın 30-da İstanbulda keçirilən VII görüşündə iştirak edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2010-cu ildə türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısı zamanı yaradılıb. TDƏŞ-ə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir. 2011-ci ildə TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin ilk görüşü keçirilib. TDƏŞ-in iqtisadiyyat nazirlərinin 6-cı iclası isə 20-21 dekabr 2016-cı il tarixində Bakıda təşkil olunub.