XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2017 - 11:09

Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-də olub –Görüş + FOTO

Malayziyanın Perlis vilayətinin şahzadəsi, UniMap Universitetinin rektoru Tuanku Sied Fayzuddin Putra rəhbərlik etdiyi nümayəndə heyəti və tələbə qrupu ilə birgə Bakı Ali Neft Məktəbində (BANM) olub.

Bu barədə Strateq.az-a BANM-dən məlumat verilib. 

Ali Məktəbin rektoru Elmar Qasımov malayziyalı nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Putra UniMap-in rəhbər nümayəndələrini təqdim edib və universitetin fəaliyyətindən bəhs edib. Dünyanın 34 ölkəsindən 1000 xarici tələbənin UniMap-də təhsil aldığını vurğulayan rektor BANM-in də tələbələrini bu sirada görmək istədiyini bildirib.

E.Qasımov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti və uğurlarından danışıb, tərəflər arasında “Tələbə mübadilə proqramı” və eyni zamanda UniMap-in “Mobility Program”ı əsasında əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Daha sonra rektorlar hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin olduğu “Senat” otağında görüşü davam etdirərək, iki ölkə arasında təhsil sahəsində olacaq gələcək əməkdaşlıqdan danışaraq tələbələri motivasiya ediblər. BANM-in tələbələri UniMap universiteti haqda film izləyərək onu daha yaxından tanıyıblar və öz suallarını həmin universitetin rektoru, şahzadə Putraya ünvanlayıblar.

E.Qasımov hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin iştirakı ilə T.S.Putraya Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.

BANM və UniMap-in tələbələri isə bir-birilə yaxından tanış olub və müzakirələr aparıblar.