XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2017 - 12:40

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah şimal-şərq küləyi  əsəcək, havanın temperaturu gecə  3-6° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 772  mm civə sütunundan 776 mm civə sütununa yüksələcək.  Nisbi  rütubət  gecə 75-85 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz  3-8° isti olacağı gözlənilir.