XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 07:38

Vergilər Nazirliyi “Nurgün”ün salonlarını möhürlədi – FOTO

Vergilər Nazirliyi “Nurgün Group”un Babək prospektində yerləşən satış mərkəzlərini bağlayıb.

AzNews.az xəbər verir ki, şirkətə məxsus “İnfiniti”, “Renault”, “Nissan” və “Ford” markalı avtomobillərin satıldığı salonlar 3 gündür ki, möhürlənib. Səbəb kimi “Nurgün Motors”un vergini vaxtında ödəməməsi göstərilir.

Məsələ ilə bağlı şirkətin “Nurgün Motors”un marketinq şöbəsindən AzNews.az-a bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqətini dayandırıb: “Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.

Lakin “Nurgün Motors”a aid olan böyük avtomobil salaonlarının niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib. Onu da bildirək ki, informasiyanı dəqiqləşdirmək üçün adı çəkilən salonlara yollanan əməkdaşımız, orada hər-hansı təmir- bərpa işlərinin aprıldığını müşahidə etməyib. Sadəcə, salonların qapıları bağlı olub və nəinki, işçilər, heç mühafizçilər də gözə dəyməyib.

Qeyd edək ki, “Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilib. “Nurgun Group” “Nissan”, “Ford”, “Renault” və “İnfiniti” markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Onu da bildirək ki, mətbuatda “Nurgün Motors”un müştəriləri aldatması, bundan əlavə keyfiyyətsiz avtomobillərin satışı ilə məşğul olması haqda tez-tez informasiyalar yayılır.