XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2017 - 21:03

“Ukraynada qalmağımı təsdiqləyən sənədin etibarlılıq müddəti uzadıldı” –  Saakaşvili

Mixeil Saakaşvilinin Ukraynada qalmağını təsdiqləyən sənədin etibarlılıq müddəti uzadılıb. 

Bu barədə Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili məlumat verib. 

Onun sözlərinə görə, Ukraynanın Miqrasiya Xidməti onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənədin etibarlılıq müddətini gələn il martın 1-dək uzadıb. 

Qeyd edək ki, M.Saakaşvili bundan əvvəl Ukrayna Miqrasiya Xidmətindən onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənəd alıb.

Siyasətçinin vəkili bildirib ki, sənəd M.Saakaşvilinin ona əlavə müdafiə təqdim etməkdən imtinaya dair şikayətin məhkəmədə baxılanadək ekstradisiya edilməyəcəyinə bir təminatdır/Report.