XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 21:16

Türkiyənin Azərbaycandakı səfiri:"Ermənistana təyyarə reysi açılmayacaq"

"Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil". 

Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: "O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir".

Qeyd edək ki,  "Anadolu agentliyi"nin ingilis dili bölməsində noyabrın 24-də Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.