XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 22:35

Sabahdan bu taksilərdən istifadə edənlər vergi ödəyəcək –VİDEO

Onlayn sifariş qəbul edən taksilər üçün 18 faiz əlavə dəyər vergisinin tətbiqinə başlanılır.

Strateq.az Xəzər TV-yə istinadən xəbər verir ki, dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı müştərilərdən əlavə pul tutulacaq.

2016-cı ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-rezidentlərə məxsus, yəni xarici taksi şirkətləri tərəfindən ölkə ərazisində göstərilən xidmətlərə 18% dərəcəsi ilə əlavə dəyər vergisi bu ilin əvvəlindən tətbiq edilməli idi.  Lakin texniki məsələlərə görə proses gecikdiyindən ödəniş zamanı əlavə dəyər vergisi tələb olunmurdu.

Sabahdan etibarən isə xarici taksi şirkətlərindən istifadə edənlər kartla ödənişlərdə getdikləri yolun xərcindən əlavə də 18 faiz vergi ödəyəcəklər.

Yeni qərarın tətbiqi ilə bağlı bütün banklar və kart prosessinq şirkətlərinə məlumat verilib.