XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2017 - 11:40

“Siyasi dialoqun  istənilən səviyyədə olduğunu deyə bilmərik”-Çavuşoğlu

"Effektiv regional əməkdaşlıq bizə qardaş olan Əfqanıstanda sabitlik və sülhü təmin etmək üçün əsas şərtdir”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib. 

“Biz güclərimizi birləşdirərək Əfqanıstana dəstək niyyətimizi 7 il öncə bəyan etmişik. İstanbul prosesi dərin köklərə malikdir. Lakin deyə bilmərik ki, siyasi dialoq istənilən səviyyədədir. Biz ortaq maraqları təşviq etməliyik. Terrorizm, illeqallaşma, narkotiklərin qanunsuz daşınması hər bir ölkə üçün təhdiddir. Region ölkələri olaraq daim dialoqu təşkil etməliyik”, – deyə o vurğulayıb.

 Nazir qeyd edib ki, Türkiyə Əfqanıstanla prioritet sahələrdə əməkdaşlıq etməyə hazırdır: “Biz Əfqanıstanı qonşuları ilə əməkdaşlıq etməyə hazır ölkə kimi görürük. Biz Əfqanıstana dəstəyimizi davam etdirəcəyik”.