XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2017 - 13:08

Oqtay Əsədov bəzi deputatlara xəbərdarlıq etdi:"Telefonda qurdalanmağı yığışdırın!"

Milli Məclisin iclasında sədr Oqtay Əsədov bəzi deputatlara intizamsızlıqla əlaqədar xəbərdarlıq edib.

 Gündəlikdəki məsələnin müzakirəsi zamanı O. Əsədov deputatların iclasların gedişində öz telefonları ilə məşğul olduğunu, hətta zənglər etdiyini bildirərərk bu hərəkətlərə son qoymağa çağırıb: “Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinimirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!”

Qeyd edək ki, artıq bir müddətdir Milli Məclisə smartfonların keçirilməsi qadağan edilib.