XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2017 - 10:17

“Mitsubishi” 20 minə yaxın “Pajero”nu geri çağırır- Səbəb

Yaponiyanın məşhur avtomobil istehsalçısı “Mitsubishi Motors” Çin bazarından “Pajero” modelindən olan 20 minə yaxın avtomobili hava yastıqlarındakı qüsurlara görə geri çağırır.

Azərtac Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2013-1016-ci illərdə idxal edilmiş nəqliyyat vasitələridir.

Dekabrın 1-dən başlanan geri çağırma prosesində qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.