XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2017 - 14:12

Əlahiddə Ümumqoşun Ordu üzrə ən yaxşı artilleriya batareyası seçilib- Müdafiə Nazirliyi

2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
 
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, artilleriya batareyalarının tədris-material bazası və şəxsi heyətin təchizatı yoxlanıldıqdan sonra heyətlər əvvəlcədən hazırlanmış atəş mövqelərinin tutulması, eləcə də fərdi və qrup halında normativləri icra ediblər.

Yeni atəş mövqelərinə çıxarılma, əvvəlcədən müəyyən edilmiş və qəfil aşkar olunmuş hədəflərin dərhal məhv edilməsi tapşırıqları da müvəffəqiyyətlə yerinə yetirilib.